Müsavat başqanının müavini sərbəst buraxıl

ÖLKƏ
12:34 / 29.07.2020
990

Müsavat partiyasının başqanının müavini Fərəc Kərimli sərbəst buraxılıb.

HİT.Az bildirir ki, bu barədə Fərəc Kərimlinin özü məlumat verib.

“Səhər saat 7-8 arası Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığım mənzildən polis idarəsinə aparıldım. Saxlanma səbəbim kimi iyulun 14-dən 15-ə keçən gecə Milli Məclisin qarşısında keçirilən aksiyada iştirakım bildirildi. Polis idarəsində aksiyada iştirak edən, mənə bənzəyən birinin şəkili göstərildi. Video görüntülərə də baxılmasını istədim. Video görüntülərə baxılan zaman görüntülərdəki adamın başqa biri olduğu ortaya çıxdı. İzahatım alındıqdan sonra sərbəst buraxıldım. Mənə görə narahat olan dostlara təşəkkür edirəm. Hazırda evdəyəm”, - deyə o bildirib.

Xatırlaqdaq ki, Fərəc Kərimlinin saxlanıldığı barədə məlumatı Müsavat başqanı Arif Hacılı yaymışdı.

 

1