Daha 33 şagird koronavirusa yoluxdu, 7 məktəb distant təhsilə keçirildi

15:56 / 15.10.2020
858

15 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVID-19-la bağlı məlumat açıqlanıb.

HİT.Az xəbər verir ki, koronavirusa 33 şagird və 12 işçi heyəti yoluxub.

Hərarəti 37 dərəcədən yüksək olan şagirdlərin sayı 14, işçi heyətinin sayı isə 2-dir. 

8 sinif və 7 məktəb distant təhsilə keçirilib. 3 məktəb isə əyani təhsilə qaytarılıb.

Ümumilikdə bu günə qədər 60 sinif və 37 məktəb distant təhsilə keçirilib.

0