Nazir Nəcməddin Sadıqovun general bacısı oğlunu işdən çıxardı

16:32 / 12.12.2020
3974

Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazir Zakir Həsənovun müvafiq əmri ilə Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Ramil Əsgərov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ramil Əsgərov Müdafiə Nazirliyinin sabiq Baş qərargah rəisi Nəcməddin Sadıqovun bacısı oğludur.

0