Koronavirus qayıdır? – Həkimdən AÇIQLAMA

SAĞLAMLIQ
14:42 / 25.06.2026
208

Son günlərdə Gürcüstanda koronavirusa yoluxma hallarına dair xəbərlərə tez-tez rast gəlirik.

Belə ki, qonşu ölkədə artıq 3 həftədir ardıcıl koronavirusa yoluxma hallarının aşkar edildiyi açıqlanır. Əlbəttə ki, ardıcıl 3 həftə adıçəkilən virusa yoluxma hallarının qeydə alınması insanları narahat edir. Üstəlik, Gürcüstanın Azərbaycana çox yaxın olduğunu düşünəndə vətəndaşlarımızın da narahatlığı artır.

Bəs Gürcüstanda koronavirusun yayılması problemə səbəb ola bilərmi?

Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, koronavirusun bir sıra ölkələrdə epizodik halda bəzi xırda mutasiyaları qeydə alınır:


“Həmin mutasiyalar da əvvəlki kimi yoluxucu deyil. Hətta zaman-zaman Azərbaycanda tək-tük halda koronavirusun yeni mutasiyalarına rast gəlinib. Lakin əvvəlki kimi olmadığı üçün yayılmır və insan ölümlərinə səbəb olmur.

Yəni hansısa ölkədə koronavirusa yoluxmanın qeydə alınması qorxulu deyil. Gürcüstandakı prosesin də təhlükəli olmadığını düşünürəm. Sırf informasiya dəyəri daşıyır. Çünki belə kiçik yoluxmalar bəzi ölkələrdə də olur. Sadəcə olaraq güclü problem yaratmadığı üçün məlumat verilmir”.

Pərviz

0