Mingəçevirdə məktəbli güllələndi- FOTO/YENİLƏNİB

ÖLKƏ
23:16 / 18.11.2021
1913

 Mingəçevirdə orta məktəb şagirdi güllələnib.

HİT.az unikal.org-a istinadən xəbər verir ki, hadisə şəhərin "Energetiklər" yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində qeydə alınıb.

Məlumatda bildirilir ki, qəsəbənin park ərazisində iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib.

Belə ki, qəsəbə sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında olan Əlvan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini orta məktəb şagirdi K.O.-ya atış açıb.

O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


 

1