Bakıda taksi sürücüsü qadın sürücüləri şantaj edib.
Modern.az-ın əldə etdiyi xəbərə görə, 27 yaşlı Abdulla Qasımov (şərti adla) qadın sürücüləri şantaj edərək, guya onun avtomobilinə zərər verdiklərini deyib. Məlumata görə, Abdulla bu yolla qadınlardan pul almaq istəyirmiş.
Bir neçə belə hal barədə hüquq-mühafizə orqanlarına şikayətlər olub. Şikayətlər əsasında Abdulla Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Lakin o, küçə söyüşləri söyərək, ictimai asayişi pozub. O, törətdiyi əməllərə görə saxlanılararaq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Daxil olan şikayət ərizələrindən məlum olur kiə. Abdulla Qasımov BYD markalı avtomobillə taksi şirkətlərinin birində fəaliyyət göstərib. Şikayətə əsasən, o, “Nissan Micra” markalı avtomobili idarə edən qadın sürücünü saxlatdırıb və avtomobili onun nəqliyyat vasitəsinə sürtdüyünü iddia edib.
Məhkəmənin qərarı ilə A. Qasımov 10 gün müddətinə inzibati qaydada həbs olunub.


