Daha 757 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

ÖLKƏ
18:43 / 24.01.2022
790

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 757 yeni yoluxma faktı qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 634 488 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 594 nəfər müalicə olunaraq sağalıb, 8 619 nəfər vəfat edib, aktiv xəstə sayı 13 275 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 145, ötən müddət ərzində isə ümumilikdə 6 070 424 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 3 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 813 843, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 214 125, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 729 273, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 870 445 təşkil edir.

0