ÖLKƏ
18:54 / 24.01.2022
350

Bakıda dəhşət - evdə diri-diri yandı

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

Hit.az-ın FHN-in saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1968-ci il təvəllüdlü Cəfərov İlham Bayram oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

2