ÖLKƏ
21:56 / 24.01.2022
559

Aparıcı Zaur koronavirusa yoluxdu

Tanınmış aparıcı Zaur Baxşəliyev koronavirusa yoluxub.

Bu barədə “Qafqazinfo”ya aparıcının özü məlumat verib.

O, ev şəraitində müalicə olunduğunu bildirib. Vaksin olunduğu üçün xəstəliyi yüngül keçirən Z.Baxşəliyev hər kəsə ehtiyatlı olmağı tövsiyə edib.

Qeyd edək ki, aparıcı həftə içi beş gün ATV-nin efirində yayımlanan “Bizimləsən”, şənbə günü  isə "Zaurla Günaydın" verilişi ilə izləyicilərin qarşısına çıxır.

0