ÖLKƏ
16:59 / 28.11.2022
754

Vilayət Eyvazov Rüfət Allazovu vəzifəsindən azad etdi

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

HİT.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub.

Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir.

0