Yoluxanların sayı açıqlandı

16:00 / 24.01.2023
534

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ann.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan 7 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, hazırda 275 aktiv xəstə var. Bu günə qədər 10 075 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 908, bu günə qədər isə ümumilikdə 7 475 435 test icra olunub.

Gün ərzində koronavirus əleyhinə 563 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 318, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 71, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 137, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 37 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 940 465, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 401 423, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 706, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 208, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 128 nəfər təşkil edir.

0