Yuxuda diş qıcamaq hansı səbəbdən yaranır? - Nevroloq izah etdi

SAĞLAMLIQ
23:53 / 24.10.2026
54

Yuxu zamanı dişləri qeyri-iradi sıxmaq və qıcamaq tənəffüs pozuntuları ilə əlaqəli ola bilər. Nevroloq Regina Qolovaçevanın sözlərinə görə, orqanizm kifayət qədər hava ala bilmədikdə çeynəmə əzələləri refleks olaraq gərginləşir və çənə hərəkət etməyə başlayır.

HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri “AİF”ə istinadən məlumat yayıb.

Tibbdə gecə bruksizmi adlandırılan bu hal insanın iradəsindən asılı olmadan baş verir. Həkim bildirib ki, tənəffüs problemləri ilə yanaşı, mədə-bağırsaq xəstəlikləri, xüsusilə mədə turşusunun qida borusuna geri qayıtması ilə müşayiət olunan qastroezofageal reflüks də diş qıcamağa səbəb ola bilər.

Bundan başqa, burun-boğaz və qulaq xəstəlikləri də normal nəfəsalmağı çətinləşdirərək çənə əzələlərinin həddindən artıq gərginləşməsinə gətirib çıxara bilər.

Mənbənin istinad etdiyi məlumatlara əsasən, bruksizm şəhər sakinləri arasında kənd yerlərində yaşayanlarla müqayisədə daha çox müşahidə olunur. Halların 60 faizinin şəhər, 40 faizinin isə kənd əhalisinin payına düşdüyü bildirilir.

Yaş qrupları üzrə bölgüdə isə ən yüksək göstərici 30 yaşadək şəxslərdə qeydə alınıb. Bu yaş qrupu halların 56,7 faizini təşkil edir. 31–35 yaş aralığında göstərici 26,7 faizə, 35 yaşdan yuxarı şəxslərdə isə 16,7 faizə enir.

Yuxuda diş qıcama mütəmadi təkrarlanırsa, bunun mümkün səbəblərini müəyyənləşdirmək üçün həkimə müraciət etmək vacibdir.

Samir
 

0