ÖLKƏ
14:59 / 25.01.2023
170

Dünya yeni pandemiya qarşısında: Dəhşətli virus yayıla bilər

"Dəhşətli bir qrip pandemiyası proqnozlaşdırılır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla "Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts yeni pandemiyanın olması və onun "COVID-19”dan daha ağır keçəcəyi ilə bağlı açıqlamasına münasibətində deyib. Professor bildirib ki, hələ "COVID-19” pandemiyası bitməyib, proses davam edir: 

"Düzdür, pandemiyanın yekunlaşmaq üzrə olduğu proqnozlaşdırılır. Hər halda virusun davranışı, onunla gedən morfoloyi dəyişikliklər bir daha bunu göstərir. Amma bununla yanaşı "COVID-19” pandemiyası göstərir ki, hər an dünyada sürprizlər baş verə bilər. Mövcud pandemiyadan öncə Dünya Səhiyyə Təşkilatı insan sağlamlığını təhdid edən 10 faktordan biri kimi bizi qarşıda gözləyən qrip pandemiyasını göstərirdi". 
 
"Virusun tədricən artması nəylə izah olunur” sualına cavab olaraq professor bildirib ki, Yer kürəsində insanların sayı artır:

"Artan insan fauna və floranı sıxışdırır, onları məhv edib özünə yer edir. Bundan əlavə, qeyri-ənənəvi qidalanma baş verir. Həmin viruslar da get-gedə insanlara transfer edir. "COVID-19” da 1960-cı ildə heyvanlardan insanlara transfer olunub. Bu proses davam etdiyinə görə virusların insanlarda artması müşahidə olunur. Bu viruslar bir müddətdən sonra dəyişərək, yeni adaptasiya imkanları əldə edir və pandemiyaya daha davamlı forma yaradırlar. Dünya Səhiyyə Təşkilatı "COVID-19” pandemiyasından sonra ciddi təcrübə yığmalı, olanlardan nəticə çıxartmalı, yeni baş verən proseslərdə kordinasiyanı düzgün həyata keçirməlidir”. 

Qeyd edək ki, "Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts yeni pandemiyanın olması ilə bağlı xəbərdarlıq edib. O, növbəti pandemiyanın "COVID-19”dan daha ağır keçəcəyini və virus insan tərəfindən yaradılacağını vurğulayıb. 

0