Prezident Əli Əhmədovla bağlı sərəncam imzaladı

ÖLKƏ
13:59 / 26.01.2023
468

Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib.

HİT.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Ə.Əhmədov 1953-cü il yanvarın 27-də anadan olub. Sabah onun 70 yaşı tamam olur.

0