Soyuq qış günlərində havanın isti keçməsinin təsiri...

ÖLKƏ
20:56 / 06.02.2024
298

Son günlər Azərbaycan ərazisində havalar mövsüm normalarından fərqli olaraq, əsasən yağmursuz və günəşli keçir. Bəs havaların belə quraq və günəşli keçməsinin təbiətə və insan orqanizminə nə kimi təsiri var?

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, havanın temperaturu yüksəldikcə, insanlarda immunitet zəifləyir: 

“Havanın temperaturu yüksələn zaman atmosfer təzyiqi də dəyişərsə, bu, ürək-damar sistemi xəstəliyindən əziyyət çəkənlərin səhhətlərinə daha çox təsir göstərir. Hazırda uşaqlar arasında qrip infeksiyası yayılıb. Bunun iki səbəbi var: hava şəraitinin mülayim keçməsi və uşaqlar arasındakı təmas. Adətən fevral ayı sərt, soyuq keçir. Bu ayın günəşli keçməsi həm insan orqanizminə təsir edir, həm də ətraf aləmə. Hava şəraitinin dəyişməsi yaşlı, amma sağlam insanlara nisbətən xroniki xəstəliyi olan insanlarda daha tez fəsadlar yarada bilər. Bu havalarda insanlar səhhətlərinə fikir verməli. İmmuneti aşağı salmamağa çalışmalıdırlar”.

Sevinc

0