Qızılca vaksini vurdurmayanlar kütləvi yerlərə buraxılmaya bilər? - AÇIQLAMA 

ÖLKƏ
13:33 / 09.02.2024
333

Hər keçən gün qızılcadan ölüm halları artmağa davam edir.

Təəssüflə qeyd etmək lazımdır ki, tez-tez qızılca virusuna yoluxan uşaqların öldüyü xəbərləri ilə qarşılaşırıq. Son günlərdə qızılcaya artan yoluxma və ölüm sayı insanları ciddi şəkildə narahat etməyə başlayıb. 

Bütün bunlar isə ağıllara koronavirus pandemiyasını da gətirir. Biz COVID-19 bəlasından kütləvi vaksinasiya sayəsində xilas ola bildik. Lakin buna nail olmaq üçün bəzi addımlar atılmışdı. Koronavirus peyvəndi vurdurmayanların kütləvi yerlərə buraxılmaması və vaksin pasportu tələb olunması ən önəmli tədbirlər sırasında idi. Məhz ondan sonra vətəndaşların vaksinasiya prosesində iştirakı sürətləndi. Əlbəttə ki, bu da koronavirusa qarşı immunitet qazanmağımıza gətirib çıxardı.

Əfsuslar olsun ki, cəmiyyətimiz hazırkı vəziyyətdə qızılcaya qarşı peyvəndə çox səthi yanaşır. Bu isə öz növbəsində koronavirus pandemiyasında olduğu kimi vaksin məsələsində bəzi addımların atılmasını gündəmə gətirir. Konkret olaraq, kütləvi yerlərə qızılca vaksini vurdurmayanların buraxılmaması müzakirə predmetinə çevrilə bilər. Artıq bəzi mütəxəssislər də bununla bağlı xəbərdarlıq edirlər. 

İnfeksionist Ləman Qalimova da bu barədə mövqeyini Hit.az-a açıqlayıb. O, qızılcaya qarşı vaksin vurdurmağın əhəmiyyətindən söz açıb:

343417
"Qızılca virusundan xilas olmaq üçün mütləq şəkildə peyvənd vurdurmaq lazımdır. Unutmayın ki, peyvənd vurduran şəxs sözügedən virusa yoluxmur. Lakin təəssüf ki, hələlik qızılcaya qarşı kütləvi vaksinasiya yoxdur. Yəni ancaq uşaqlara poliklinikalarda peyvənd vurulur. Daha çox 1 yaşdan 10 yaşa qədər olan uşaqlar vaksinasiya prosesində iştirak edirlər".

İnfeksionist bildirib ki, hazırda qızılca vaksini vurdurmayanların kütləvi yerlərə buraxılmaması ilə bağlı qərar verilməsi gündəmdə deyil:

"Hələ ki, qızılcaya qarşı vaksin vurduranlardan kütləvi yerlərə giriş zamanı hansısa sənədin tələb olunması ilə bağlı məlumat yoxdur". 

Pərviz

0