Ağrıkəsici dərmanların hansı yan təsirləri var? - Həkim AÇIQLADI 

13:43 / 13.02.2024
349

"Dərmanlardan istifadə göstərişə görə təyin olunmalıdır".

Bu sözləri infeksionist Mərdan Əliyev Hit.az-a açıqlamasında deyib.

O, dərmanların yan təsirləri olduğunu diqqətə çatdırıb:

"Həmçinin, doza həddinin aşılması zamanı da dərman zəhərlənmələri müşahidə olunur. Bundan başqa, dərmanların əks tərirlərinin də olduğunu unutmaq olmaz. Ona görə də dərmanları mütləq həkim məsləhəti ilə atmaq lazımdır. 

Həkim dərmanın təsiri ilə xəstəliyin orqanizmə təsirini müqayisə edir. Əgər xəstəliyin mənfi təsiri dərmanın təsirindən çox olarsa, onda resept yazılır. Yəni xəstəliklərin müalicəsi və simptomların aradan qaldırılması üçün dərmanlardan göstərişə uyğun olaraq istifadə olunur". 

343679

Müsahibimiz bildirib ki, ən geniş istifadə olunan dərman qrupları ağrıkəsici dərmanlardır:

"Çünki bu, həm reseptsiz satılır, həm də həm də insanlar ağrılarından xilas olmaq üçün kütləvi şəkildə ağrıkəsici dərmanlardan istifadə edirlər. Amma bundan özbaşına olaraq hər gün istifadə olunması çox zərərlidir. 

Çünki o dərmanların da müxtəlif yan təsirləri var. Əsas təsirləri isə mədə-bağırsaq sistemində qanaxmalara və xoraların əmələ gəlməsinə səbəb olmasıdır. Daha dəqiq desək, ağrıkəsici dərmanlardan hər gün və yüksək dozada istifadə olunması mədə-bağırsaq xoralarının əmələ gəlməsinə və qanaxmalara səbəb ola bilir".

Həkim ağrıkəsici dərmanların digər yan təsirlərindən də söz açıb:

"Həmçinin, bu dərmanlar böyrəklərə, qaraciyərə və qan yaranma prosesinə təsir göstərə bilir. Bundan əlavə, onlarla yan təsirləri olur. Bir az yaşlı və xəstə şəxslər isə sözügedən dərmanlardan istifadə edərkən çox ehtiyatlı olmalıdırlar". 

Pərviz

0