"Arka sokak"larda təmizliyə kim nəzarət etməlidir - Pinti qonşudan kimə şikayət edək?

ÖLKƏ
18:00 / 15.02.2024
198

Böyük şəhərlərdə  küçələrin təmizlənməsi məsələsi ən mühüm məsələlərdən biridir.

Paytaxt Bakının mərkəzi küçələrində təmizlik işləri yüksək səviyyədə həyata keçirilsə də, “arka sokaklarda” yəni gözdən uzaq olan küçə və məhəllələrdə, xüsusən həyət evlərindən ibarət küçələrdə bu böyük problemdir.

Elə bu problemlə Hit.az redaksiyasına Xətai rayonunun Mirzə Davud küçəsinin bir qrup sakini müraciət edib.

Problem çox böyükdür. Bu küçədə tikilmiş mindən çox ev gecəqondu sayılır.

Yəni , məhəllələr sakinlər tərəfindən necə gəldi salınıb.

Küçə sakinləri qaz, su, işıq çəkilməsinə nail olublar. Küçələrə zibil qabları qoyulub. Bu çox gözəl. 

Amma küçənin  bir qrup sakini həddən artıq pintidir. Evlərinin zir-zibilini küçəyə qoyur, ət kəsimi ilə məşğul olub qonşuları iyin qoxun içərisində yaşamağa məcbur edir, küçəyə qanlı su axıdırlar. 

Məhəlləyə qoyun peyini, sidiyi iyindən daxil olmaq mümkün deyil.

Söz deyəndə də “biz qaçqınıq”  deyib dava edirlər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik.

Nazirlikdən bildirildi ki, bu məsələ onların səlahiyyəti altında deyil.

İcra hakimiyyətindən bildirildi ki, burarda məsələ küçə sakinlərinin özündən ya da bələdiyyədən asılıdır. 

Bələdiyyə üzvlərini isə gündüz şam işığında axtarsan da tapa bilməzsən. 

Axırıncı dəfə bələdiyyə seçkilərində ortalıqda görünüblər. 

Ekspert Kamran Xuduyev bildiri ki, belə olan halda vətəndaşların polisə müraciət etməsi də nəticə verə bilər.

“Almaniya təcrübəsinə əsaslanmaq yaxşı olardı. Bu problem Bakının bir çox məhəllələrində özünü göstərir. İnsanlar şəhərdə yaşayırlarsa, onun qayda-qanunlarına da əməl eləməlidirlər. Almaniyada qonşu qonşudan şikayət edirsə böyük cərimələr tətbiq olunur.

Hətta adi səs- küyə, avtomobili düzgün park etmədiyinə görə böyük cərimələr yazılır.  

Bizdə bu işə laqeyd yanaşılır. Sahə müvəkkilinə, 102-yə zəng edilməli, akt tərtib olunmalı, haqqında şikayət edilən qonşuya xəbərdarlıq edilmlidir. Əgər o qayda-qanunları pozmağa davam edərsə cərimələnməlidir”,- deyə ekspert bildirib.

Murad

0