Adil Qeybulla: "Onkoloji xəstəliklərin sayının artmasını izləmək yox, qarşısının alınması üçün müəyyən addımlar atılmalıdır”

ÖLKƏ
21:22 / 19.02.2024
215

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artıb.

Həkimlərin dediyinə görə isə xəstəlik daşıyıcıları ilə bağlı statistik rəqəmlər heç də həqiqəti əks etdirmir.

Onkoloji xəstələrin sayı ilə bağlı açıqlanan rəqəmlərdən göstərilənlərdən dəfələrlə çoxdur.  

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az- a deyib ki, bu gün Azərbaycana daxil olan ərzaq məhsullarının, dərman preparatlarının, suyun keyfiyyət göstəricilərində narahatlıqlar var.

"Bütün bunlar aparılan tədqiqatlar, müşahidələr, Milli Aerokosmik Agentliyin də apardığı tədqiqatlarında sübuta yetirilib. Azərbaycanın özünü ekoloji təmiz məhsullarla təmin etmək imkanı var: " Amma təəssüflər olsun ki, ölkə bu imkanlardan yararlanmır. Azərbaycana daxil olan məhsullar genetik modifikasiya olunmuş məhsullardır. Ərzaq, dərman, suyun təhlükəsizliyi ərzaq təhlükəsizliyinin bir hissəsi olmalıdır. Odur ki, onkoloji xəstəliklərin sayının artmasını izləmək yox, qarşısının alınması üçün müəyyən addımlar atılmalıdır”.

A.Qeybullanın sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da qadınlar arasında süd vəzi, yumurtalıq, kişilərdə isə ağciyər və mədə xərçənginə tutulma halı daha çoxdur.

Sevinc

0