23 fevral ölkəmizdə qeyd edilməlidirmi?

ÖLKƏ
19:22 / 23.02.2024
341

Ölkəmizdə bəzi qruplar 23 fevralı Qızıl Ordunun yaranması günü kimi qeyd edirlər.

Həmin şəxslər buna "əsl vətənpərvər oğlanların bayramı" adını da veriblər. 

Ancaq ölkə ictimaiyyəti 23 fevralın ölkəmizdə qeyd olunmasına qarşı çıxır.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində deyib ki, Ölkədə vətənpərvətlik istiqamətində təbliğatı hər gün gücləndirmək lazımdır:

"Azərbaycanın öz ordusu, öz ordu günü var. Kişilər günü 23 fevral deyil 26 iyunda Silahlı Qüvvələr günündə qeyd olunmalıdır. Tariximizə, milli kimliyimizə, torpağımıza, qəhrəman oğullurımıza hörmət etmək lazımdır. Düşünürəm ki 23 fevral yox 8 noyabr olması məqsədəuyğun hesab olunar. Çünki torpaqlarımızın azad edilməsi, həmin tarixə təsadüf edir. Bu bayram keçirilməlidir. Dediyim kimi onlar sayəsində torpaqlarımız azaddır və qadınlarda olduğu kimi onlarda da bir gün olmalıdır”.

Sevinc

0