Fərmanla sərəncamın nə fərqi var?

ÖLKƏ
19:44 / 28.02.2024
832

Tez-tez dövlət başçısının hansısa bir məsələ ilə bağlı fərman yaxud sərəncam verdiyini eşidirik. Bəs görəsən fərmanla sərəncamın fərqi nədir?

Hit.az-ın sualını hüquqşünas Mövlud Mirzəyev cavablandırıb.

O bildirib ki, insanlar çox zaman fərmanla sərəncamın nə olduğunu ayırd edə bilmirlər. Halbuki bunu fərqləndirməyin çox asan yolu var. Fərman əsasən bütün xalq və ya xalqın böyük bir kəsimi haqqında verilən hüquqi aktdır:

"Tutaq ki, hansısa bir qanunun qüvvəyə minməsi barədə fərman imzalanır və bu qanun bir nəfəri yox, minlərlə insanı əhatə edir. Məsələn, 2019-cu ildə Prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərin həlli ilə bağlı fərman verib. Fərmanlar yazılı formada olur, dərc edildiyi, yayıldığı gündən qüvvəyə minir.

Sərəncam isə bir və ya bir neçə nəfərə tətbiq edilir. Sərəncam konkret məsələləri əhatə edən, dövlət və qeyri-dövlət qurumları, vəzifəli şəxslər  və sadə vətəndaşlar üçün məcburi qüvvəyə malik olan qanun qüvvəli aktdır. Məsələn dövlət başçısı bir mədəniyyət xadiminə fəxri ad, orden, medal, mükafat verilməsi, kiminsə vəzifəyə təyin edilməsi və ya vəzifədən kənarlaşdırılması ilə bağlı sərəncam imzalayır".

Murad

0