Səs siqnallarının ətrafa təsiri...

ÖLKƏ
21:27 / 04.03.2024
186

Səs siqnallarından yersiz istifadə olunması biz vətəndaşların narahatlığına və narazıçılığına səbəb olur. 

Halbuki respublikamızda "Yol hərəkəti haqqında" qanun yaşayış məntəqələrində səs siqnallarından istifadə olunmasını qadağa edir. 

Bəzi istisnalar olmaq şərti ilə səs siqnallarından istifadə olunması inzibati məsuliyyət yaradır.

Buna qarşı mübarizə aparılsa da məsələni hələ tam həll etmək mümkün olmayıb.

Hüquqşünas Ərşad Hüseynov Hit.az-a deyib ki, səs siqnalından istifadə ilk növbədə yol mədəniyyəti məsələsidir:

"Etiraf etməliyik ki, sürücülərimizin əksəriyyəti mədəniyyət məsələsində bir az "axsayırlar".
Müşahidələr göstərir ki, orta statistik Azərbaycan sürücüsü aqressivdir, əsəbidir, şəraitə uyğun davranış nümayiş etdirmir. Problemdən çıxış yolu isə yalnız sürücüləri öyrətmək, onları maarifləndirmək, onların mədəni səviyyəsinin qaldırılmaqdır. Demək lazımdır ki, siqnal versəniz də, verməsəniz də işıqfor öz vaxtında yanıb-sönəcək, sizdən əvvəl dayanmış avtomobillər getməsə, siz hərəkət edə bilməzsiz. Əbəs yerə siqnal verməyin və camaatı narahat etməyin də heç bir mənası yoxdur".

Sevinc

0