Ginekoloqdan məsləhət -  Bunları əsla etməyin!

ÖLKƏ
23:24 / 19.03.2024
408

“Çin istehsalı olan gigiyenik paketlərdən əsla istifadə etməyin”.

Bunu Hit.az-a ginekoloq Zöhrə Heydərova deyib.

Qadınlara bir neçə məsləhət verən həkim gündəlik gigiyenik qadın paketlərini istifadə etməməyi tövsiyə edib.

“Çin istehsalı olan heç bir gigiyenik vasitədən istifadə etməyin. Xüsusən müalicə məqsədi ilə satılan  tomponlara yaxın durmayın. Çoxlu vitaminlər və arıqlamaq üçün satılan BAD-lardan istifadə etməyin. Mənşəyi məlum olmayan sabunlarla intim bölgənizi yumayın. Əgər, müntəzəm olaraq sağlam menustral sikl yaşayırsınızsa, hormonal analizlər verməyə gərək qalmır”,- deyə həkim qadınlara məsləhət verib.

Onun sözlərinə görə, Çində tullantılar təkrar istehsala verildiyinə görə, ucuz qiymətə satılan bu gigiyenik paketlər və tomponlar qorxunc xəstəliklərə səbəb ola bilər.

Murad

0