Valideynlərin imtahandan az bal toplayan övladına basqısının nəticəsi…

20:40 / 04.04.2024
230

İmtahan zamanı az bal toplayan abituriyentlər valideynlərinin reaksiyasından ehtiyat edir.

Ali məktəbə qəbul imtah anından sonra yüksək bal toplaya bilmədiyi üçün intihar edən, evdən qaçan olub. 

Belə bir hal bir neçə günn əvvəl Abşeron rayonunda  qeydə alınıb. 

21 avqust 2007-ci il təvəllüdlü Mustafayev Hilal Hidayət oğlu 03.04.2024-cü il tarixində Ceyranbatan qəsəbəsində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Məlumata görə, Hilal evi tərk etməzdən öncə məktub yazıb. O, bu hərəkətinə nəticələri açıqlanan imtahandan aşağı bal toplamasını səbəb göstərib. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşağa imtahandan keçməməyi faciə kimi təqdim etmək qəti şəkildə olmaz. 

"Bu kimi şərti sevgi və qeyri-sağlam təzyiqlərlə uşaqla davranmaq qəti surətdə olmaz. Uşaqla maraqlanmaq, söhbət etmək, fikrini öyrənmək, uşağa hər şeyə rəğmən tək olmadığını, sevildiyini göstərmək lazımdır.

Az bal toplayan abituriyent narahat ola bilər. O da bir insandır. Abituriyentin təşviş, həyəcan pozuntusu, imtahandan az bal toplamaq fobiyası ola bilər, ailədaxili konflikt səbəbindən çəkingən ola bilər, böyüklərinin basqısı altında qala bilər və s. Sadaladığımız və sadalaya bilmədiyimiz səbəblər var. İmtahanda zəif nəticə göstərdiyinə görə özünə qapana bilər. Bunun nəticəsində xoşagəlməz hllar yaşana bilər. Valideynlər də, övladları da bilməlidirlər ki, ali məktəbə daxil olmamaq son deyil”.

Sevinc

0