Qızılcaya yoluxma azalıb: Buna necə nail olduq?

ÖLKƏ
12:48 / 05.04.2024
188

Son zamanlarda Azərbaycanda qızılca virusuna yoluxanların sayında azalma müşahidə olunur. 

Üstəlik, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata əsasən də ölkə ərazisində qızılcaya yoluxmanın azaldığı təsdiqlənib. Bildirilib ki, son aylarda sözügedən virusa yoluxma sayında azalma olub. Buna baxmayaraq, əhaliyə qızılcaya qarşı vaksin vurdurmaq tövsiyə olunub. 

Maraqlıdır, qızılcaya yoluxma sayının azalmasına necə nail olduq? 

347303

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən infeksionist Ləman Qalimova bildirib ki, qızılcaya yoluxma sayında 2-3 ay əvvələ nisbətən xeyli azalma var:

"Çünki insanlar artıq zamanında həkimə müraciət edirlər. Yəni temperaturları yüksəldikdə və şikayətləri olduqca həkimə gedirlər. Onda həmin xəstəliyini vaxtında müəyyən etmək olur. Əgər xəstə qızılca virusuna yoluxubsa, onu karantinə alırıq. Onu izolyasiya edərək sağlam insanlarla kontakı azalır".

Həkim vurğulayıb ki, artıq qızılcaya qarşı da kütləvi immunitet formalaşıb:

"Həmçinin, uşaqlar və böyüklər vaksinasiya olunurlar. Beləliklə, insanlar arasında immun sistemi formalaşmış olur. Bununla da qızılcaya yoxuxanların sayı azalır".

Pərviz

0