KT və MRT-nin insan orqanizminə zərəri varmı, onların fərqi nədir?

ÖLKƏ
17:02 / 05.04.2024
171

Tez-tez eşidirik ki, rentgen, USM, KT və ya MRT-nin yaydığı şüaların  insan orqanizminə çoxlu ziyanı var. 

Bəs bu həqiqətən belədir?

Hit.az-ın sualını radioloq Bahadur Gümüşov cavablandırıb.

“KT və MRT ayı-ayrı müayinələrdir və prinsipcə çox fərqlidirlər. KT müayinələri rentgen şüaları , MRT isə maqnit dalğaları əsasında işləyir. MRT müayinəsinin normal insan orqanizminə heç bir ziyanı yoxdur. KT aparatlarında isə doza təhlükəsizlik dərəcəsindədir, yəni insanlar ildə 2-3 dəfə KT müayinəsindən keçə bilərlər. MRT-yə nisbətən KT daha ziyanlıdır", deyə o bildirib.

Murad

0