Nazir onu rəis vəzifəsinə təsdiqlədi

11:40 / 10.09.2024
229

Elmin Həsənov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəis vəzifəsinə təsdiqlənib. 

Qaynarinfo-nun məlumatına görə, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, Həsənov Elmin Ağamusa oğlu 4 iyun 2024-cü il tarixli əmrlə yeni yaradılan Bələdiyyələrlə İş Baş İdarəsinə rəhbərlik edirdi. O, bundan əvvəl Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini vəzifəsini tutub. 
 

0