Karbon vergisi nədir?

ÖLKƏ
21:08 / 10.09.2024
141

“Ekoloji standartı gözləməyən sahibkar üçün xüsusi vergilər tətbiq olunur”. 

Bu sözləri Hit.az-a millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, adıçilən  vergilərin tətbiqində məqsəd sahibkarlatın yaşıl iqtisadiyyata daha çox meyl etməsidir: 

“Xarici ölkələrin təcrübəsinə əsasən deyə bilərəm ki, sahibkar yaşıl enerji standartlarını gözlüyürsə, bu halda onlara dövlət tərəfindən xüsusi dəstək nümayiş etdirilir. Sahibkar ekoloji standartı gözləmirsə, o vergiyə cəlb olunur. Həmin karbon vergisi adlı vergi ödəyir.

Xatırladaq ki, Mikayıl Cabbarov "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda keçirilən konfransda deyib ki, ortamüddətli perspektivdə ölkəmizin vergi siyasətində yaşıl enerjinin dəstəklənməsi prosesi davam etdiriləcək:

"Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə "karbon vergisi" və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir”.

Sevinc

0