Haluk Levent: "Qarabağda konsert vermək istəyirəm"

ÖLKƏ
11:07 / 18.05.2026
42

Türkiyəli müğənni Haluk Leventin sentyabr ayında Bakıda konserti olacaq.

"Report" xəbər verir ki, bu barədə müğənni Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Sentyabr ayında Bakıda konsertim olacaq. Qarabağa da getmək, orada konsert vermək istəyirəm", - H. Levent deyib.

0