Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Ağaməliyev saxlanılıb.
HİT.az APA-ya istinadən xəbər verir ki, o, dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.
Cavid Ağaməliyev şübhəli şəxs qismində prokurorluq tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.


