Penitensiar xidmətin yeni rəisi kimdir?

ÖLKƏ
16:16 / 27.10.2026
77

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. Sahib Cəlil oğlu Rzayev isə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin olunub.

HİT.az-ın məlumatına görə, Sahib Rzayev yeni vəzifəyə təyin olunana qədər Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsində çalışıb.

O, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ötən ilin yanvarında İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Daha sonra həmin idarənin rəisi olub.

1977-ci ildə anadan olan Sahib Rzayev 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini bitirib. 2011-ci ildə isə eyni universitetdə beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsil alaraq təhsilini fərqlənmə ilə başa vurub.

O, 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq vəzifəsində çalışıb. 2006–2023-cü illərdə isə Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrini tutub.

0