Norveçin baş naziri Yonas Qar Støre Rusiya Prezidenti Vladimir Putin və Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığını məzmunlu və peşəkar müzakirə kimi qiymətləndirib.
HİT.az xəbər verir ki, bu barədə o, Norveçin NRK telekanalına açıqlamasında bildirib.
Støre qeyd edib ki, söhbət zamanı mühüm məsələlər müzakirə olunub və tərəflər arasında mövqelərdə ciddi fərqlər qalmaqdadır. Onun sözlərinə görə, danışıq üçün əvvəlcə 20 dəqiqə nəzərdə tutulsa da, müzakirə təxminən bir saat yarım davam edib.
Oktyabrın 27-də Putin Støre və Stubb ilə Ukraynada müharibənin sülh yolu ilə həlli perspektivlərini müzakirə edib. Avropa liderlərinin yaydığı məlumatda telefon danışığının məqsədinin münaqişəyə son qoymağa yönəlmiş gələcək danışıqlarla bağlı Rusiya prezidentinə mesaj çatdırmaq olduğu bildirilib. Zəngin Əbu-Dabidə keçirilməsi gözlənilən görüşlərlə əlaqəli olduğu qeyd edilib.
Danışıqdan sonra Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynada münaqişənin həlli üçün Rusiya ilə birbaşa danışıqların vacibliyini vurğulayıb. O, Putinlə söhbətin açıq və məzmunlu keçdiyini bildirib.
Samir


