“Chery” yeni modelini TƏQDİM ETDİ

AVTO
17:00 / 27.10.2026
218

Çinin aparıcı avtomobil istehsalçılarından biri olan “Chery” Vuhu şəhərində keçirilən rəsmi brend gecəsində dünya üzrə 75-dən çox bazarda satılan populyar SUV modeli “TIGGO 7”nin tamamilə yenilənmiş versiyasını nümayiş etdirib. 

Hit.az xəbər verir ki, markanın ailəyönümlü müasir mobillik vizyonunu əks etdirən model həm benzin, həm də hibrid güc aqreqatı seçimləri ilə hazırlanıb.

Texniki göstəricilərə görə yeni “TIGGO 7” 115 кVt maksimal güc və 220 Nm tork hasil edir. Mühəndislərin əsas uğurlarından biri mühərrikin termal səmərəliliyini rekord sayılacaq 45,79 faiz səviyyəsinə çatdırmalarıdır. Eksteryerdə bəbir cizgilərindən ilhamlanan kəskin xətlər almaz naxışlı radiator barmaqlığı ilə tamamlanır.

Avtomobilin 0,315 sürtünmə əmsalı isə hava müqavimətini azaldaraq yanacaq qənaətinə və hərəkət dinamikasına müsbət təsir göstərir. Üstəlik, ölçüləri baxımından 4 600 mm uzunluğa, 1 870 mm genişliyə, 1 710 mm hündürlüyə və 2 700 mm təkər bazasına malik olan krossover geniş daxili məkan vəd edir. 

Həmçinin, salonda lüks yaxta mimarlığından ilhamlanmış əhatələyici tasarım dili tətbiq olunub. Ön oturacaqlar 8 nöqtəli masaj, elektrikli ayaq dəstəyi, qızdırıcı və havalandırma funksiyaları ilə təchiz edilib. Oturacağın uzunluğu isə 536 millimetrə çatdırılıb.

İki fərqli bucaqda (25 və 30 dərəcə) tənzimlənən arxa oturacaqlar tam qatlandıqda salonda təxminən iki metrlik hamar istirahət sahəsi formalaşır. İkiqat istifadə üçün 505 litrlik standart baqaj həcmi təklif olunur. 

Qeyd edək ki, yeni nəsil “TIGGO 7” gövdə quruluşunun 80 faizdən çoxunda yüksək dözümlü polad ərintilərindən istifadə olunmaqla istehsal edilib. Avtomobil 20-dən çox aktiv sürüş dəstək sistemi və peyk navigasiyası ilə inteqrasiya olunmuş inkişaf etmiş avtonom idarəetmə funksiyaları ilə komplektləşdirilib.

Pərviz

0