Hazırda reanimasiyada neçə koronavirus xəstəsi var?

ÖLKƏ
21:35 / 31.07.2020
907

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, bu gün 7789 koronavirus testi edilib. Onlardan 318-i pozitiv çıxıb. Bununla da ölkə ərazisində indiyə qədər edilən koronavirus testlərinin sayı 724 953-ə çatıb.

Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 266 nəfərdir. Onlardan 68 nəfəri süni tənəffüs cihazında olan xəstələrdir.

Hazırda ölkədə 5548 nəfər aktiv koronavirus xəstəsi var.

 

0