Bakıda iki yeniyetmə qızı avtomobil vurdu

10:00 / 01.08.2020
662

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Paytaxtın mərkəzində, Dilarə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, nəqliyyat vasitəsi 2004-cü il təvəllüdlü Əliyeva Türkan və 2005-ci il təvəllüdlü Pəsiyeva Xədicəni vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Ə. Türkana bazunun sınığı, P. Xədicəyə isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. 

0
Report.az