Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR

ÖLKƏ
10:52 / 01.08.2020
2511

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

HİT.Az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polkovnik-leytenant Erol Əliyev işdən çıxarılıb.

O, Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin olunub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsinin rəisi, polkovnik- leytenant Həsən İsmayılov da Xəzər RPİ İstintaq Şöbəsinin rəisi təyin edilib.

2