Bakıda iki sərnişin avtobusu toqquşdu, yaralanan var - FOTO

ÖLKƏ
10:05 / 03.08.2020
1127

Bakı Nəqliyyat Agentliyi bu gün səhər saatlarında baş verən avtobus qəzası ilə bağlı açıqlama verib. HİT.Az-ın xəbərinə görə, Agentliyin mətbuat katibi Mais Ağayev bildirib ki, bu gün səhər Ziya Bünyadov prospektində qəzaya düşən İVECO markalı avtobuslar "BakuBus" MMC-nin istismarında olan nəqliyyat vasitələri deyil.

"Qəzaya uğrayan avtobuslar ümumiyyətlə şəhərdaxili hər hansı bir müntəzəm xətlərə aid deyil". 

***

Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusu toqquşub.

Fövqəladə Hallar Nazirliyindən HİT.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmiş avtomobillərin yoldan götürülməsi üçün evekuatorlar gətirilib.

0