Paşinyan Putinə yalvardı

SİYASƏT
20:10 / 27.09.2020
1971

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezdenti Vladimir Putinə zəng edib.

Bu barədə “RİA Novosti” Kremlin mətbuat xidmətinə istinadla xəbər yayıb.

Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə gərginləşməsini müzakirə ediblər.

“Erməni tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi müzakirə edilib”, - deyə məlumatda bildirilir.

2
Oxu.az