Tarixin 5 mayı...

MARAQLI
16:00 / 05.05.2026
97

Bu gün tarixin vərəqlərində 5 maydayıq.

Hit.az bildirir ki, bu gün ölkəmizdə və dünyada çox sayda mühüm hadisə baş verib.

5 may tarixi proseslərlə yanaşı, unudulmaz şəxslərin doğum və ölüm günü ilə də xatırlanır. Bundan başqa, 5 may müxtəlif ölkələlərdə fərqli şəkildə qeyd olunur. Məsələn, Cənubi Koreyada Uşaqlar Günü, Efiopiyada Patriotların Qələbə Günü, Yaponiyada isə Uşaqlar Günüdür. İndi isə tarixin 5 mayına nəzər salaq...

5 mayda baş verənlər:
1960-cı ildə Bakı funikulyoru istifadəyə verilib. 1970-ci ildə Bakıda “Ulduz” metrostansiyasının açılışı olub. 1999-cu ildə “Bizim Əsr” qəzeti ilk dəfə nəşr olunub. 2015-ci ildə Bakıda İnturist otelinin açılışı olub. 2017-ci ildə “Qarabağ” Azərbaycan Kubokunu qazanıb. 2019-cu ildə isə “Qarabağ” Azərbaycan Premyer Liqasının çempionu olub.

Həmçinin, 1260-cı ildə Kubilay xan Monqol imperatoru olub. 1865-ci ildə ABŞ-də ilk dəfə qatar soyğunu olub. 1916-cı ildə ABŞ Dominik Cumhuriyətini işğal edib.1947-cu ildə Avropa Şurası yaradılıb. 

5 mayda doğulanlar:
1961-cı ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi İlham Əliyev, 1966-cı ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Elşad Yəhyayev, 1970-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Qasım Rzayev və Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Pərviz Səmədov dünyaya gəlib.

Həmçinin, 1892-ci ildə şair Əhməd Cavad, 1908-ci ildə Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadə və alim, professor Murtuza Nağıyev, 1910-cu ildə Xalq artisti, aktyor, rejissor Adil İsgəndərov, 1918-ci ildə Əməkdar elm xadimi, təndiqçi Mirəli Seyidov, 1920-ci ildə Əməkdar incənət xadimi rəssam Əbdül Xalıq, 1930-cu ildə xanəndələr Nəriman Əliyev və Xalq artisti Yaqub Məmmədov və 1940-cı ildə şair Ağa Laçınlı doğulub.

Dünyada isə 1818-ci ildə alman filosof Karl Marks, 1862-ci ildə gürcü rəssam Niko Pirosmani, 1909-cu ildə yapon yazıçı Atsuşi Nakacima, 1914-cu ildə amerikalı aktyor Tayron Pover, 1950-cı ildə iranlı müğənni Ququş 1989-cu ildə amerikalı müğənni Kris Braun doğulub.

5 mayda vəfat edənlər:
1959-cu ildə Milli Qəhrəmanlar Fikrət Hacıyev, Sərxan Ocaqverdiyev və Yunis Əliyev Birinci Qarabağ müharibəsi zamanı şəhid olublar.

1957-ci ildə bəstəkar Mixail Qnesin, 1959-cu ildə Xalq artisti Sidqi Ruhulla, 2008-ci ildə Xalq artisti, xanəndə Səfa Qəhrəmanov və 2021-ci ildə Xalq şairi Fikrət Qoca dünyasını dəyişib.

1821-ci ildə Fransa imperatoru Napoleon Bonapart, 1937-ci ildə Osmanlı şahzadəsi Mehmed Səlim Əfəndi və 1995-ci ildə rus şahmatçı Mixail Botvinnik vəfat edib.

Pərviz
 

0