Çində məhkəmə, ərinin rəqib şirkətdə işləməsi səbəbilə işdən çıxarılan qadının işdən azad edilməsini qanunsuz hesab edib və şirkətin ona 100 min dollar kompensasiya ödəməsinə qərar verib.
HİT.az xəbər verir ki, bu barədə "South China Morning Post" yazır.
Qadın 2006-cı ildən daşınmaz əmlak idarəetmə şirkətində çalışıb. 2023-cü ilin sonunda onunla əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilib. İşəgötürən bunun səbəbi kimi qadının ərinin rəqib şirkətdə baş direktor vəzifəsində çalışmasını və bunun biznes üçün “mənfi nəticələr” yaratdığını göstərib.
Qadın isə məhkəməyə müraciət edərək kompensasiya tələb edib. İşəgötürən məhkəmədə bildirib ki, əməliyyat meneceri vəzifəsində çalışan qadın məxfi məlumatlara çıxış imkanına malik olub. Qadın isə heç bir gizli informasiyaya çıxışı olmadığını, yalnız yardımçı funksiyalar yerinə yetirdiyini deyib. O, həmçinin ərinin faktiki olaraq rəqib şirkətdə işləmədiyini, sadəcə tədbirlərdə iştirak etmək üçün formal olaraq özünü əməkdaş kimi təqdim etdiyini bildirib.
Məhkəmə işəgötürənin qadının ərinin onun mövqeyindən istifadə edərək şirkətə zərər vurduğunu sübut edə bilmədiyi qənaətinə gəlib və işdən çıxarılmanı qanunsuz sayıb.
Samir


