Həftəlik reytinqlər: 2 serial üçün ŞOK NƏTİCƏ

MARAQLI
10:30 / 05.05.2026
165

Türkiyədə ötən həftənin ən çox baxılan serialları bəlli olub.

Hit.az xəbər verir ki, 27 aprel - 3 may tarixlərində “Total” kateqoriyasında “Taşacak Bu Deniz” zirvədə yer alıb.

“TRT1”, “Kanal D”, “Star” və “Now TV” 2 serialla siyahıya daxil olub. “ATV” və “Show TV” isə 1 serialla onluqda təmsil olunub. Xüsusilə “A.B.İ”-nin reytinqlərinin bu qədər aşağı düşməsi diqqət çəkib. Çünki sözügedən serial başladığı gündən bəri ilk dəfə 10-cu olub. Lakin daha böyük şoku “Eşref Rüya” yaşayıb. Adıçəkilən serial ilk dəfə “TOP-10”-a daxil ola bilməyib və 11-ci olub.

Beləliklə, keçən həftənin ən yüksək reytinq toplayan seriallarını təqdim edirik:

1.    “Taşacak Bu Deniz” – “TRT1”
2.    “Uzak Şehir” – “Kanal D”
3.    “Sevdiğim Sensin” – “Star”
4.    “Yeraltı” – “Now TV”
5.    “Güller ve Günahlar” – “Kanal D”
6.    “Çirkin” – “Star”
7.    “Kızılcık Şerbeti” – “Show TV”
8.    “Teşkilat” – “TRT1”
9.    “Halef: Köklerin Çağrısı” – “Now TV”
10.    “A.B.İ.” – “ATV”.

Pərviz

0