Sosial media: Həyatımızın səssiz idarəçisi

KÖŞƏ YAZILARI
16:30 / 05.05.2026
129

Artıq sosial şəbəkə həyatımızın ayrılmaz hissəsini təşkil edən alətə çevrilib. 

Nə qədər ondan uzaq qalmaq istəsəkdə bu çox çətindir. Hər şeyin sosial şəbəkədən asılı hala çevrilməsi artıq bizdə onu istifadə etmək məcburiyyəti yaradır. Son illər isə hər şeyi özündə birləşdirən sosial platformalar bizi bəzi gerçəklərlə və qeyri-reallıqlarla tanış edir.

Görəsən sosial təsiri yaradan bu şəbəkələr həyatımızda nələri çevik, nələri isə daha passiv hala gətirdi? 

Öncəliklə bu gün sosial şəbəkələr ictimai verilişlərdən daha çox mövzuları göz önünə çəkir. Müəyyən hadisəni adiyyatı orqanlara bildirmək üçün sadəcə “Instagram”, “Facebook” və s. sosial şəbəklərdə etiketləmək funksiyası ilə məsələni qurumlara yönəltmək rahat hala gəlib.

Sosial medianın müsbət təsirini də qeyd edə bilərik. Məsələn, 2026-cı ildə hüquq-mühafizə orqanları sosial şəbəkələr vasitəsilə fəaliyyət göstərən narkotik şəbəkəsini aşkar edib və bu iş üzrə şəxslər saxlanılıb. Sosial şəbəkə vasitəsilə müəyyən edilən digər nümunəyə isə Daşkəsəndə baş verən qadın təcavüzünün müəyyən edilməsidə aiddir. Bu siyahını çoxaltmaq mümkündür, ancaq bu kimi faktlar sübut edir ki, sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda cəmiyyət üçün mühüm nəzarət və məlumatlandırma platformasına çevrilib.

Bu gün sosial şəbəkələrdə meydana çıxan ictimai rəylə insanlar mövzuya münasibətlərini onlayn formada bildirsələr də, nəticədə geniş kütlənin ortaq mövqeyi ortaya çıxır. Əks olunan mövqeylərin real qınağı məsələnin aydınlanmasına kömək edir. Bəlkə də ictimai şüurun formalaşmasında insan əməyinin məhsulu olan sosial media əvəzsiz rol oynayır sonda isə qınaqlar vasitəsilədə cəmiyyətdə problem kimi ortaya çıxan məsələlərə daha çox diqqət ayrılır. 

Bunlarla yanaşı, sosial mediada təqdim edilən mənfiliklər də az deyil. Məsələn, mükəmməl göstərilən həyatlar, ideal münasibətlər və s. Çox zaman bu göstərilənlər reallıqla bağlı olmasa da, cəmiyyətdə buna bənzəmək istəyi başlayır. Bu isə izləyən kütlədə özünə inamsızlıq hissinin yaramasına səbəb olur. Lakin süni mükəmməliyyətçilik bir yerə qədər sosial kütləyə təsir etsə də zamanla bu adi hala çevrilir. Digər tərəfdən isə sosial media bizdən gözlənilməyən sürətdə vaxtımızı almağı bacarır, asılılıq sindromunu yaradır, saxta xəbərlərin yayılmasına səbəb olur. 

“Fake news” anlayışının meydana çıxması da elə birbaşa olaraq sosial medianın təsiriylə baş verdi. Milyonlarla informasiya axınında nəyin düzgün, nəyin yalan olduğunu anlamaq da çətinləşdi. Nəticədə isə sosial medianı bu gün təsiri danılmaz sürətdə günbəgün artmağa davam edir. Əsas olan isə bizim bu təsiri idarə edə bilməyimizdir...

Arzu İbrəhimova
 

0