Ermənistan heç bir hərbi əhəmiyyəti olmayan obyektləri atəşə tutub - Ceyhun Bayramov

15:11 / 06.10.2020
627

“Birinci gündən başlayaraq qarşı tərəf davamlı olaraq mülki obyektləri, vətəndaşları, şəhər və kəndlərimizi heç bir hərbi əhəmiyyəti olmayan ağır artilleriyadan, müxtəlif silah növlərindən atəşə tutub. Bunun nəticəsində bu gün səhərə olan məlumata görə artıq 27 nəfər mülki şəxsin həyatına son qoyulub, 143 nəfər isə ağır yaralanıb”.

HİT.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə birgə keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, bu yeni taktika deyil, Ermənistan bu taktikanı 90-cı illərin əvvəllərində də istifadə edib.

0