"Ermənistan çalışır ki, Qarabağ münaqişəsinə xaricdən müdaxilə olsun"

SİYASƏT
16:24 / 06.10.2020
1191

Azərbaycanın mülki əhalisinə və infrastrukturuna hücum etməklə, çarəsiz Ermənistan Azərbaycanı cavab tədbirlərinə vadar etməyə və bununla da xaricdən, məsələn Rusiyadan müdaxilənin baş verməsinə çalışır.

Bunu Trend-ə amerikalı jurnalist, ADA Universitetinin fəxri doktoru Tomas Qolts deyib.

O ümidvar olduğunu bildirib ki, Azərbaycan bu təxribata uymayacaq və işğal olunmuş ərazilərinin azad edilməsi üçün uğurlu hərbi əməliyyatları davam etdirəcək.

Kanadalı jurnalist Maykl Geller isə öz növbəsində bildirib ki, bütün ağıllı insanlar Azərbaycan Müdafiə nazirinin Ermənistan ərazisindən Azərbaycan ərazilərinin atəşə tutulmasının təxribat xarakteri daşıdığı və Ermənistanın döyüş əməliyyatlarının ərazisini genişləndirdiyi barədə bəyanatı ilə razılaşır.

1