İranın xarici işlər naziri Bakıya gələcək

SİYASƏT
15:21 / 04.01.2021
594

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Azərbaycana səfər edəcək. 

“Mehr” agentliyi xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə məlumat verib.

O bildirib ki, Bakıdan sonra Zərif İrəvana yola düşəcək.

Xətibzadənin sözlərinə görə, İran XİN rəhbəri Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatı müzakirə edəcək.

2
oxu.az