Nikol Paşinyandan etiraf: "İrəvandakı reytinqimiz heç 30 faizə çatmır”

SİYASƏT
12:45 / 31.03.2023
445

“İrəvandakı reytinqimiz heç 30 faizə çatmır”.

Hit.az Ermənistanın “İravunk” nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bu səbəbdən də sentyabrda mer seçkiləri keçirilməyəcək: “Vitse-mer Tiqran Avinyanın səylərinə baxmayaraq, sentyabrda şəhər seçkiləri olmayacaq. Çünki indi erkən seçkilər intihara bənzəyir”.

Qeyd edək ki, bu il martın 17-də İrəvan şəhərinin meri Qraçi Sarkisyan istefa verib.

0