“Eşref Rüya” nə üçün bitdi? – ŞOK İDDİALAR

MƏDƏNİYYƏT
11:31 / 11.06.2026
193

Ötən axşam Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Eşref Rüya” bitdi.

Hit.az xəbər verir ki, ekran işinin final bölümünə böyük maraq oldu.

Bu maraq özünü reytinq nəticələrində də göstərdi. Belə ki, layihənin son bölümü bütün kateqoriyalarda birinci oldu. Daha dəqiq desək, “Total”-da 4,72, “AB”-də 3,92, “ABC1”-də isə 4,82 bal reytinq toplayaraq zirvədə yer aldı.

Bəs “Eşref Rüya” nə üçün bitdi?
Serialın final qərarı hər kəs üçün gözlənilməz oldu. Çünki daha əvvəldən gələn məlumatlarda layihənin 3-cü mövsümünün də çəkiləcəyi deyilirdi. Lakin sonradan bir anda bu qərardan imtina edildi. Reytinqlərin aşağı düşməsi, bölümlərin çəkilən xərci qarşılamaması, hekayənin başa çatması kimi bir çox iddia səslənir. 

Ancaq ən qəribə iddia baş rol Çağatay Ulusoyla bağlıdır. Türkiyə mediasında yayılan məlumatlara görə, aktyora yeni müqavilə təklif edilsə də, bunu qəbul etməyib. Üstəlik, Çağatay Ulusoyun sevgilisinin onu baş rol Demet Özdemirdən qısqandığı və hətta çəkiliş meydançasına gedərək gərginlik yaratdığı belə deyilir. Düzdür, sözügedən iddia təkzib olunsa da, çox səslənir. Hazırda hansı iddianın doğru olduğu tam bilinmir və “Eşref Rüya”nın nə üçün anidən final etdiyi müamma olaraq qalır...

Aslan

0