Ötən axşam Dünya Çempionatı – 2026 start götürüb.
İlk matç A qrupunda başlayıb. Açılış oyununda Meksika CAR-ı 2-0 hesabı ilə məğlub edib. Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik “Estadio Azteka” stadionunda keçirilən matçda bir çox ilk yaşanıb.
Lakin ondan əvvəl bildirək ki, bu mundialda qapıdan zərbə və aut atışları üçün 5 saniyə qaydası tətbiq olunmağa başlayıb. Əgər aut 5 saniyə ərzində atılmasa, top rəqibə keçir. Eyni zamanda, qapı vuruşu da 5 saniyə ərzində başlamasa rəqib komanda küncdən zərbə vurmaq haqqı qazanır. Oyunçu dəyişikliyi isə 10 saniyə ərzində tammalanmalıdır. Əks təqdirdə, oyunu ləngidən komanda 1 dəqiqə azlıqda qalacaq. Bundan başqa, VAR sarı kart və küncdən zərbə qərarlarına da müdaxilə edə biləcək.
İndi isə oyunun statistikalarına nəzər salaq...
Mundialın ilkləri:
Tarixin ən çox iştirakçısının qatıldığı mundialın ilk qolunu 9-cu dəqiqədə Xulian Kinyones vurub. Bu turnirdə ilk qələbə qazanan kollektiv də Meksika olub. Çempionatın ilk qırmızı vərəqəsini isə 49-cu dəqiqədə CAR-dan Yaya Sizole alıb. Dünya çempionatları tarixində ilk dəfə açılış matçında 3 qırmızı vərəqə göstərilib.
Matçdan rəqəmlər:
Meksika topla oynamada çox üstün oldu: 61-39 faiz. Onlar, qapıya zərbələrdə də böyük fərqlə öndə idilər: 16-3. Qapıçı qurtarışlarında 2-2-lik bərabərlik var. Ümumiyyətlə, bu matçda qapıçı qurtarışları kifayət qədər az idi. Eyni sözü küncdən zərbələrə də şamil etmək olar.
Çünki matç ərzində top oyuna toplam 4 dəfə küncdən zərbədən daxil edildi. Lakin qayda pozuntuları kifayət qədər yüksək idi. Belə ki, Meksika yığması 12, CAR millisi isə 11 dəfə kobud oynadı.
Dəqiq pas ötürmələrində də Meksika üstünlüyü var idi: 520-334. Mundialın ilk maçtında xeyli vərəqə də göstərildi. Meksika futbolçuları 1 qırmızı və 1 sarı vərəqə ilə cəzalandırıldı. Afrika təmsilçisilərinə isə 2 qırmızı vərəqə və eyni sayda sarı vərəqə göstərildi.
Aslan


