Azərbaycan və digər ölkələrin vətəndaşları 1 milyon avro üçün neçə il işləməlidirlər? - SİYAHI
İQTİSADİYYAT
19:59 / 15.04.2023
905

Picodi.com saytı müxtəlif ölkələrdə orta aylıq əmək haqqı ilə 1 milyon avronu hansı müddətə toplamağın mümkünlüyünü hesablayıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan üçün bu müddət 243 il 10 aya bərabərdir.

İsveçrə, Sinqapur, Lüksemburq, ABŞ və İslandiya bu siyahıda ilk 5 yeri tutur. O ölkələrin vətəndaşları 1 milyon avronu qazanmaq üçün müvafiq olaraq 15 il 3 ay, 18 il 2 ay, 18 il 6 ay, 21 il 3 ay və 22 il 5 ay işləməlidirlər.

Son beş yerdə Nepal (450 il 1 ay), Nigeriya (554 il), Uqanda (559 il 9 ay), Misir (646 il 5 ay) və Pakistan (664 il 6 ay) qərarlaşıb.

Region ölkələrinin sıralaması belə olub:

Rusiya - 146 il 4 ay
Ermənistan - 159 il 3 ay
Belarus - 177 il 4 ay
Qazaxıstan - 182 il 11 ay
Gürcüstan - 184 il 3 ay
Türkiyə - 214 il 8 ay
Ukrayna - 230 il 9 ay
Azərbaycan - 243 il 10 ay
İran - 293 il 11 ay

 

0