Eyni dünyada yaşasaq da, bütün insanlar bir-birindən fərqlidirlər.
Bu fərqlilik Avropa və Asiya qitələrində yaşayan insanlar arasında da müşahidə edilir. Onlar yaşadıqları ölkələrin adət və ənənələrinə uyğun formada yetişirlər. Bu, onlarda həm fikir, həm də xasiyyət baxımından özünü göstərir. Onlar arasında olan bu fərqlər tədqiqatçılar tərəfindən maraqla qarşılanır.
Avropada yaşayan insanlar müstəqilliyə və azadlığa çox önəm verirlər. Onlar erkən yaşlarından öz həyatlarını qurmağa, başqasından asılı olmamağa çalışmaları ilə fərqlənirlər. Bu onların filmlərində də nümayiş etdirdikləri fikirlərdən biridir. Avropalılar fikirlərini daha azad şəkildə söyləməyə vərdiş etdikləri halda, Asiyanın bəzi ölkələrində bu müstəqillik yoxdur.
Avropalılar bərabərlik prinsipinə çox önəm verirlər. Onlar qadın və kişi bərabərliyinin olmasını ön plana çəkirlər. Asiya ölkələrinə daxil olan, məsələn, Hindistanın bəzi hissələrində bu vəziyyət tam şəkildə müşahidə edilmir. Ölkənin bəzi hissəsində kasta rejimi davam edir. Həmçinin, burada şəxsi məkan anlayışı da fərqlidir. Asiyalılar isə yaxınlığa və komanda işinə çox önəm verir. Avropalılar risk almağa daha meyilli olurlar.
Bundan əlavə, Avropada vaxta riayət etmək önəmli amillərdən biri hesab olunur. Məsələn, təsadüfi deyil ki, Almaniya kimi Avropa ölkəsi dəqiqliyilə seçilir. Bir çox Asiya ölkəsində isə münasibətlər və sosial əlaqələr bəzən vaxtdan daha önəmli hesab edilir.
Dərsdə avropalı tələbə müəllimlə mübahisə edə bilər, Asiyada isə bu bəzən hörmətsizlik kimi görünə bilər. Asiyalılar Avropalılara nisbətən çox qonaqpərvərdirlər. Həmçinin, Avropada qaydalara ciddi əməl edilir, Asiyada isə bəzi hallarda münasibət və vəziyyət daha önə çıxır.
Bununla yanaşı, Avropa ölkələrinə maraq daha çoxdur, Asiya ölkələrindən isə son illərdə Çin, Yaponiya kimi ölkələrə səyahət istəyi yaranmağa başlayıb. Yekun olaraq isə Avropa və asiyalı insanlar arasındaki fərq uzun illər davam edən tarixi, ictimai-həyat tərzinin formalaşması meydana çıxır. Lakin bütün bu ümumi müşahidələr hər insana şamil edilə bilməz, çünki hər bir insan fərdi xarakterə və düşüncə tərzinə malikdir. Ona görə də “avropalılar belədir” və ya “asiyalılar elədir” kimi qəti fikirlər əvəzinə, bu fərqlərə daha çox mədəni fərq kimi baxmaq daha düzgün olar.
Arzu İbrəhimova


